SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda mina partlaması nəticəsində 3 nəfər həlak olub

2024.01.30, 12:49
Sistan və Bəlucistanda mina partlaması nəticəsində 3 nəfər həlak olub

İranın cənub şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsinin Gələkan sərhəd məntəqəsində mina partlayıb.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, SEPAH-ın yanacaq qaçaqmalçılarına qarşı quraşdırdığı minanın partlaması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Onların hamısının Əfqanistan vətəndaşı, yaralılardan birinin isə 10 yaşlı uşaq olduğu qeyd edilib.

Qeyd edək ki, İranda yoxsulluq və işsizliyin son həddə çatdığı bir vaxtda ölkənin ən yoxsul bölgəsi olan Sistan və Bəlucistanın əhalisi ailələrini dolandırmaq üçün pərakəndə yanacaq daşımağa məcbur olurlar.

Hökumət məmurları hər il pərakəndə yanacaq satışı ilə məşğul olan onlarla etnik bəlucu  güllələyərək öldürür.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar