SON XƏBƏRLƏR

İran vurulacağından qorxdu- ABŞ hədəflərinə hücumlar dayandırılır

2024.01.31, 13:19
İran vurulacağından qorxdu- ABŞ hədəflərinə hücumlar dayandırılır

İrana bağlı silahlı qruplaşmanın ABŞ-nin İordaniyadakı hərbi bazasına hücumundan sonra Vaşinqtonun cavabından ehtiyat edən Tehran geri çəkilir.

Gunaz.tv

Bu barədə “Əl-Ərəbiyyə” Suriya İnsan Haqları Monitorinq Qrupuna istinadən məlumat yayıb.

Bildirilib ki, SEPAH Suriyadakı silahlı qruplaşmalardan ABŞ hədəflərinə hücumları dayandırmalarını istəyib.

Bununla yanaşı, İraqda fəaliyyət göstərən İrana bağlı Kataib Hizbullah da məsələ ilə bağlı bəyanat yayıb.

Silahlı qruplaşma İraq və Suriyada ABŞ hədəflərinə hücumları dayandırdıqlarını açıqlayıb.

Bu qərarın SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaaninin tələbi ilə qəbul edildiyi bildirilir.

Qruplaşma yaydığı bəyanatda İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin iddialarını təkrar edərək ABŞ hədəflərinə hücum barədə İrandan göstəriş almadıqlarını iddia edib.

İrana bağlı silahlı qruplaşmaların bu qərarı Vaşinqtonun İrana bağlı qruplaşmanın İordaniyada yerləşən ABŞ hərbi bazasına cavab verəcəyindən sonraya təsadüf edir.

Qeyd edək ki, yanvarın 29-da İrana bağlı silahlı qruplaşmanın ABŞ-nin İordaniyada yerləşən hərbi bazasına PUA hücumu nəticəsində 3 ABŞ hərbçisi ölüb, 34 nəfər isə yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar