SON XƏBƏRLƏR

İran bazarında qeyri-müəyyənlik hökm sürür

2024.02.01, 12:15
İran bazarında qeyri-müəyyənlik hökm sürür

Son günlər ərzində İran pulunun dollar qarşısında rekord həddə ucuzlaşmasından sonra, ölkədə bir çox malların alqı-satqısı dayandırılıb.

Gunaz.tv

Xüsusən Tehran bazarında məişət texnikası, elektronika, mobil telefonların, qızılın alqı-satqısı dayandırılıb.

Qeyd edək ki, hazırda Tehranın azad bazarında hər bir dolların qiyməti 58500 tümən civarındadır, hər bir avro isə 63 min tümənə alınıb və satılır.

İqtisadçılar yaxın günlər ərzində İran valyutasının daha da ucuzlaşacağını, bazarın iflic vəziyyətə düşəcəyini proqnozlaşdırırlar.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar