SON XƏBƏRLƏR

ABŞ Nümayəndələr Palatası İrana daha da güclü sanksiyalar tələb edib

2024.02.01, 12:14
ABŞ Nümayəndələr Palatası İrana daha da güclü sanksiyalar tələb edib

Nümayəndələr Palatasının üzvlərindən 62-si İrana daha da güclü sanksiyaların tətbiq edilməsi ilə Baydendən İranın neft ixracatının dayandırılmasını tələb ediblər. 

Gunaz.tv

Demokrat və Respublikaçı nümayəndələr HƏMAS-ın İsrailə həmləsini və bölgədə İranın proksi qüvvələri həmlələrinin artdığını əsas götürərək bu ölkəyə güclü neft sanksiyasının tətbiq olunmasını irəli sürüblər.

Baydenə ünvanlanmış məktubda həmçinin neftkimya məhsullarını çatdıran qurumlara, neftayırma zavodlarına, bu məhsulların daxil olmasına bilərəkdən icazə verən xarici ölkə limanları və bu sahədə alış-verişləri mümkün edən mailiyyə müəssisələrinə qarşı sanksiya tədbirlərinin görülməsi tətləb olunub.

Məktubda deyilir: “Bu ixracat İsrailin məhv olunması niyyətində olan Tehran üçün terrorist qrupları dəstəkləməyə həyati qaynaq törətdiyinə görə dayandırılmalıdır.”

Civiş İnsayder xəbər portalının yanvarın 31-də nəşr ediyi məktub Demokrat nümayəndə Jared Moskovitz və Respublikaçı Mayk Lalerin təşəbbüsü ilə hazırlanıb və onu imzalayanların çoxu Respublikaçı nümayəndələrdir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar