SON XƏBƏRLƏR

İranda siyasi məhbuslar aclıq aksiyasına başlayıb

2024.02.01, 14:36
İranda siyasi məhbuslar aclıq aksiyasına başlayıb

Son vaxtlar İranda edam cəzalarının artmasına etiraz əlaməti olaraq Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbuslar aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Tehranın Evin həbsxanasının 6-cı bölməsində saxlanılan 20 siyasi məhbus yaydıqları bəyanatda ölkədə ölüm hökmlərinin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Tehranın Evin və Kərəcin, Qızılhisar həbsxanasında saxlanılan 61 qadın siyasi məhbusun aclıq aksiyasına başlamasından sonraya  təsadüf edir.

Aclıq aksiyası, siyasi məhbus, 2023-cü ilin Nobel Sülh mukafatı laureatı Zəncanlı Nərgiz Məhəmmədinin çağırışından sonra başlayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar