SON XƏBƏRLƏR

Güneyli müəllim işdən qovuldu

2024.02.02, 12:59
Güneyli müəllim işdən qovuldu

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən olan müəllim və ictimai fəal Kərim Bostançı işdən qovulub.

Gunaz.tv

Bu barədə İran Müəllimlər Birliyi məlumat yayıb.

O, "vəzifəli şəxsləri təhqir etmək", "təhsil sistemini və hicab qaydalarını tənqid etmək", “qanunsuz olaraq müəllimlər həmkarlar ittifaqı təşkilatlarının fəallarına dəstək vermək” və “Qərb mədəniyyəti və geyimi olan qalstuku təbliğ etmək” də günahlandırılıb.

Qeyd edək ki, 27 ildir müəllim işləyən 50 yaşlı Kərim Bostançı bundan əvvəl hakimiyyətin təhsillə bağlı siyasətlərini tənqid etdiyinə və müəllimlərin hüquqlarını müdafiə etdiyinə görə təzyiqlərlə üzləşib.

O, yaydığı video müraciətlərdə İran Təhsil Nazirliyini müəllimləri aldatmaqda, təhsil sistemini məhv etməkdə günahlandırıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar