SON XƏBƏRLƏR

Tehranda silahlı qarşıdurma - Ölənlər var

2024.02.02, 13:55
Tehranda silahlı qarşıdurma - Ölənlər var

Tehranda silahlı qarşıdurma nəticəsində 2 nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə Tehran əyalətinin şərq polis komandanlığı məlumat yayıb.

Pakdəşt şəhərinin 14-cü polis bölməsində növbətçi əsgər atəş açaraq 1 polis zabitini öldürüb, 1-ni isə yaralayıb. 

Bundan sonra növbətçi əsgər dərhal özünü güllələyərək həyatına son qoyub.

İran mediası hadisənin əsgərin ehtiyatsızlığı səbəbindən baş verdiyini iddia edib.

Polis komandanlığı isə hadisənin əlavə təfərrüatlarının araşdırmalardan sonra açıqlanacağını bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar