SON XƏBƏRLƏR

Güneyli sosioloq universitetdən qovuldu

2024.02.06, 12:12
Güneyli sosioloq universitetdən qovuldu

Tehranda azərbaycanlı müəllim işdən çıxarılıb.

Gunaz.tv

İranda fərqli düşünən müəllimlərə təzyiqlərin davamında Tehranın Şəhid Beheşti Universitetininmüəllimi və tanınmış sosyoluq Əhməd Şəkərçi işdən qovulub.

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, azərbaycanlı müəllim sosiologiya professoru və Tehranın Şəhid Beheşti Universitetinin İctimai Elmlər Bölməsinin müəllim heyətinin üzvüdür.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar