SON XƏBƏRLƏR

İranda internet kəsilməsi ilə ölkəyə milyonlarla dollar ziyan dəyib

2024.02.06, 15:32
İranda internet kəsilməsi ilə ölkəyə milyonlarla dollar ziyan dəyib

Müstəqil beynəlxalq qurumların araşdırmalarına istinadən bildirilir ki, İran hakimiyyəti ölkə üzrə interneti qəsdən və ardıcıl kəsdiyinə görə ölkəyə xeyli ziyan dəyib.

Gunaz.tv

Dünyada internet pozuntularına monitorinq keçirən həmin qurumlar ziyanın miqdarının dollar valyutası ilə 920 milyon olduğunu açıqlayıblar. 

Bu həcmdə ziyan İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün 2023-ü il üzrə təyin edilmiş büdcənin 3 qatı qədərdir. 

Dünya üzrə internetdə senzuralara nəzarət edən Biritaniyanın “Top10VPN” qurumlar məcmusu internet kəsilməsi üzrə İranın 3-cü yerdə qərarlaşdığını bildirib. 

Xatırladaq ki, İranda internetin kəsilməsinin böyük bir hissəsi ötən il Zahidan şəhərində hakimiyyətə qarşı etiraz aksiyaları ilə əlaqəlidir.  

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar