SON XƏBƏRLƏR

İran sülhə qarşı hərəkət edən proksi qüvvələrini dəstəkləyir

2024.02.07, 14:43
İran sülhə qarşı hərəkət edən proksi qüvvələrini dəstəkləyir

ABŞ dövlət katibi Antoni Bilinken Qətərə səfəri zamanı Doha şəhərində keçirdiyi brifinqdə bildirib ki, İranın proksi qüvvələri bölgədə hər hansı sülhə cəhdin qarşısını almaq istəyirlər.

Gunaz.tv

O, fevalın 6-ı keçirdiyi brifinqdə əlavə edib: “Bir müddətdir olunan həmlələr, o cümlədən Livandan İsrailə həmlə, Qırmızı Dənizdə ticarət gəmilərinə, İordaniyada və İsrailə oktyabrın 7-də olunmuş bütün həmlələr İranın maliyyə təmini, himayə etdiyi və təlim keçirdiyi qruplar tərəfindən edilir.”

“Bu qruplar iddia edirlər ki, hərəkətləri fələstinliləri dəstəkləmək üçündür. 

Ancaq onların hər bir hərəkəti İran hakimiyyətinin iqtidarda qala bilməsi üçün olunur. 

Bölgədə çaxnaşmaların artmasının qarşısını almaq məqsədi ilə əlimizdən gələni edəcəyik. ”- Bilinken qeyd edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar