SON XƏBƏRLƏR

ABŞ İraqda İrana bağlı Kətaib Hizbullahın komandirlərini öldürdü

2024.02.08, 11:19
ABŞ İraqda İrana bağlı Kətaib Hizbullahın komandirlərini öldürdü

ABŞ-ın Bağdada endirdiyi PUA zərbələri nəticəsində Kətaib Hizbullah qruplaşmasının iki komandiri, Əbu Baqir Əlsədi və Ərkan Əlyavi öldürülüb.

Gunaz.tv

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı hərbçilərinə qarşı hücumları birbaşa planlaşdıran və iştirak edən Kətaib Hizbullah qruplaşmasının komandirini öldürüb. ABŞ xalqımızı qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək. Biz qüvvələrimizin təhlükəsizliyini təhdid edən hər kəsi məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik”, - məlumatda qeyd olunub.

Bundan sonra Bağdad ABŞ ordusunun əməliyyatını tənqid edən bəyanatla çıxış edib.

"ABŞ ordusunun Bağdadın şərq rayonlarına endirdiyi zərbələr tərəflər arasında mövcud olan bütün razılaşmaları pozur, buna görə məsuliyyət tamamilə Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiyanın üzərinə düşür",- İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığının rəsmi nümayəndəsi Təhsin əl-Xəfaci bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar