SON XƏBƏRLƏR

Güney Azərbaycanda İlham Əliyevi təbrik posterləri yayılıb

2024.02.09, 12:02
Güney Azərbaycanda İlham Əliyevi təbrik posterləri yayılıb

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin qələbəsindən sonra Güney Azərbaycan şəhərlərində təbrik posterləri yayılıb.

Gunaz.tv

Təbrizdə ictimai yerlərdə yayılan və divarlara yapışdırılan posterlərdə Prezident İlham Əliyevin fotosu altında "Qalib xalq qalib liderini seçdi" yazılıb.

Eyni halda güneyli sosial media istifadəçiləri bununla bağlı paylaşımlar edib, İlham Əliyevin yenidən prezident seçilməsini alqışlayıblar.

Fevralın 7-i axşam saatlarında prezident seçkilərindən sonra İlham Əliyevin qələbəsi münasibətilə Şuşada keçirilən atəşfəşanlıqla eyni vaxtda Təbrizdə də atəşfəşanlıq olub.

Təbriz bələdiyyə binası və Şahgölü parkında baş tutan təntənəli atəşfəşanlıq təbrizlilərin maraq və diqqətini cəlb edib.

Bu, sosial media kanallarında geniş müzakirə olunub, rəsmi məlumatda bunun dini "Məbəs" bayramı ilə əlaqəli olduğu deyilsə də, bir çoxları atəşfəşanlığın İlham Əliyevin qələbəsi ilə bağlı olduğunu yazıblar.

Panfarsist cərəyanlara, hökumətə bağlı bəzi sosial media kanalları və şəxslər Təbrizdə keçirilən atəşfəşanlığı tənqid edib, Təbriz bələdiyyəsi və başqa idarələrə pantürkistlərin nüfuz etdiklərini iddia ediblər.

Qeyd edək ki, İranda atəşfəşanlıq, xüsusilə dini bayramlarda atəşfəşanlıq tədbirlərinin keçirilməsi yayğın deyil.

GünazTV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar