SON XƏBƏRLƏR

İran XİN başçısı Hizbullah lideri ilə görüşdü

2024.02.10, 14:00
İran XİN başçısı Hizbullah lideri ilə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livana səfəri çərçivəsində Beyrutda İrana bağlı Hizbullah terror təşkilatın rəhbəri Həsən Nəsrullahla görüşüb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Görüşdə bölgədəki son siyasi proseslər və təhlükəsizlik məsələləri, Qəzza zolağındakı vəziyyətin müzakirə edildib.

Görüşdə İranın Beyrutdakı səfiri Müctəba Əmani də iştirak edib.

İranın müstəqil hərəkət etdiklərini iddia etdiyi Hizbullah terror təşkilatının rəhbərinin ofisində Xomeyni və Xaməneinin portretlərinin asılması diqqət çəkib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar