SON XƏBƏRLƏR

İran məhkəməsi İsveç vətəndaşını 5 il azadlıqdan məhrum etdi

2024.02.12, 14:53
İran məhkəməsi İsveç vətəndaşını 5 il azadlıqdan məhrum etdi

İman Əfşarinin başçılıq etdiyi Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi İran əsilli İsveç vətəndaşı Səid Əzizinin 5 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Gunaz.tv

Bu barədə onun vəkili Rza Şəfaxah məlumat yayıb.

Onun sözlərinə görə, İsveç vətəndaşı "cinayət törətmək məqsədilə əlbir olmaq və aksiya keçirmək"də günahlandırılıb.

Təhlükəsizlik məmurları Səid Əzizini 12 noyabr 2023-cü ildə İsveçdən Tehrana səfər etdikdən sonra həbs edib.

Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyi bəyanat yayaraq 61 yaşlı isveçlinin İranda həbs olunduğunu bildirib, ancaq onun kimliyini açıqlamamışdı.

Qeyd edək ki, Səid Əzizidən başqa hazırda İranda İsveç vətəndaşları, əslən azərbaycanlı olan Əhmədrza Cəlalian və Yuhan Floderus həbsdədir.

Onların hər ikisi casusluqda günahlandırılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar