SON XƏBƏRLƏR

Vəkil: Tələbə hərəkatı fəalı Armita Paviri ruhi xəstəxanaya köçürmək istəyirlər

2024.02.13, 12:06
Vəkil: Tələbə hərəkatı fəalı Armita Paviri ruhi xəstəxanaya köçürmək istəyirlər

Təbriz həbsxanasında saxlanılan və 18 gündür aclıq aksiyası keçirən tələbə hərəkatı fəalı Armita Paviri ruhi xəstəcxanaya köçürmək istəyirlər.

Gunaz.tv

Bu barədə təbrizli vəkil Qasım Bodi məlumat yayıb.

"Armita Pavirə dəstək üçün başqa məhbus qadınların da aclıq aksiyasına qoşulduqlarına görə, həbsxana rəhbərliyi tələbə hərəkatı fəalını "Razi" adına Ruhi Xəstəxanaya köçürmək niyyətindədirlər",- deyə vəkil xəbərdarlıq edib.

Xatırladaq ki, tələbə hərəkatı fəalı son dəfə 21 sentyabr 2023-cü ildə saxlanılıb və 22 ay 17 gün azadlıqdan məhrum edilib.

Bundan əvvəl etiraz aksiyalarına qoşulduğuna görə 31 oktyabr 2022-ci ildə həbs edilən tələbə hərəkatı fəalı 8 dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar