SON XƏBƏRLƏR

Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri Günüdür

2024.02.14, 11:07
Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri Günüdür

14 fevral Hərbi Hava Qüvvələrinin yarandığı gündür

Gunaz.tv

 Azərbaycanın Hərbi Hava Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə yaradılıb. İkinci müstəqillik dövründə, 1992-ci ildə isə Hərbi Hava Qüvvələri Milli Ordunun ayrıca bölməsi kimi təsis edilib.

1992-ci ilin aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyarəni arsenalına qəbul etmiş olur. 

30 ildən artıq fəaliyyətləri dövründə ölkəmizi həm havadan, həm qurudan gələn təhlükələrdən qoruyan Hərbi Hava Qüvvələri Qarabağın düşmən işğalından azad edilməsində əvəzsiz rol oynamışdı. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar