SON XƏBƏRLƏR

ABŞ İranla əlaqədar 3 şəxs və 4 quruma sanksiya qoyub

2024.02.15, 13:14
ABŞ İranla əlaqədar 3 şəxs və 4 quruma sanksiya qoyub

ABŞ Maliyyə Nazirliyi İrana mürəkkəb texnologiyaların çatdırılması səbəbindən 3 şəxs və 4 cəmiyyətə sanksiya tətbiq olunduğunu bildirib.

Gunaz.tv

Nazirlik axşam fevralın 14-də yaydığı bəyanatda deyib: “Bu sanksiyalar Amerikanın mürəkkəb texnologiyasını İran Mərkəzi Bankı tərəfindən istifadə olunması məqsədi ilə Tehrana ötürdüklərinə görə 3 şəxs və 4 cəmiyyətə tətbiq olunub”.

Bəyanatın davamında deyilir: “İranda yerləşən və bu ölkənin Mərkəzi Bankına bağlı İnformatika Xidmətləri Cəmiyyəti (ISC), BƏƏ-də ABS və L.L.C cəmiyyətləri, Türkiyədə isə Ted Cəmiyyəti sanksiya qoyulmuş qurumlardır”.

Nazirlik həmçinin bidirib ki, İnformatika Cəmiyyətinin icraçı direktoru Seyid Əbutalıb Nəcəfi, cəmiyyətin ştat işçisi Purya Mirdamadi və L.L.C Cəmiyyətinin prezidenti Məhəmmədrza Xadimi sanksiya siyahısına daxil edilən şəxslərdir.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar