SON XƏBƏRLƏR

NATO ölkələri 10 milyard dollarlıq silah istehsalı üzrə müqavilələr imzalayıb

2024.02.15, 13:16
NATO ölkələri 10 milyard dollarlıq silah istehsalı üzrə müqavilələr imzalayıb

Ukraynanın lazım olan silah-sursatı almasını təmin etmək üçün istehsalı artırmalıyıq.

Gunaz.tv

Bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, o, bu gün NATO Ukrayna Şurasının iclasına sədrlik edəcək: “Biz Ukraynaya dəstəyimizi necə davam etdirəcəyimizi müzakirə edəcəyik. Dəstəyimizin hər gün döyüş meydanında fərq yaratdığını görürük. Elə dünən ukraynalılar Rusiyanın hərbi gəmisini uğurla vurublar və bu, Ukrayna silahlı qüvvələrinin Rusiya xəttinin arxasına dərin zərbələr endirmək bacarıqlarını nümayiş etdirir”.

Stoltenberq qeyd edib ki, NATO ölkələri Ukraynanın lazım olan silah-sursatı almasını təmin etmək üçün istehsalı artırmalıdır: “NATO müttəfiqləri keçən ay ərzində - müdafiə sərmayəsi planını razılaşdırdığımızdan bəri - transatlantik müdafiə sənayesi üçün 10 milyard avroluq müqavilələr imzalayıb”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar