SON XƏBƏRLƏR

Ərdəbildə həbs edilən daha iki fəalın kimliyi məlum oldu

2024.02.16, 15:09
Ərdəbildə həbs edilən daha iki fəalın kimliyi məlum oldu

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları Ərdəbil şəhərində iki fəalı həbs edib, dindirdikdən sonra Tehranın Evin həbsxanasının təhlükəsizlik təcridxanasına köçürüblər.

Gunaz.tv

Bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK məlumat yayıb.

Məlumatda Süleyman Məhəmmədi (Aydın) və soyadı hələlik müəyyənləşdirilməyən Kərəm adlı fəalların fevralın 5 və 6-da həbs edildikləri, bu barədə məlumatın gec yayıldığı bildirilib.

Onların həbs səbəbləri və nədə günahlandırıldıqları barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 5,6 və 7-də Güney Azərbaycan şəhərlərində 10-dan çox milli-mədəni fəal həbs edilib.

Onlardan bir neçəsi Tehranın Evin həbsxanasına köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar