SON XƏBƏRLƏR

İran Yazıçılar Birliyi 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə bəyanat yayıb

2024.02.21, 14:57
İran Yazıçılar Birliyi 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə bəyanat yayıb

Bəyanatda rəsmi dövlət dili istisna olmaqla digər dillərə qadağa qoyulduğu və bununla da xalqların insan və vətəndaş hüquqlarının pozulduğu vurğulanıb.

Gunaz.tv

“Ötən yüzillik ərzində digər dillərə qadağa qoyulması İran dövlətləri və hakimiyyətlərinin adi siyasətləri olub” bəyanatda deyilir.

Birlik İran İslam Respublikası sistemində həmin qaydanın tətbiq edildiyini qeyd edərək ölkədə qeyri-fars dillərin sərbəstliyinə basqı siyasətlərini pisləyib.

Bəyanatda dilləri Azərbaycan türkcəsi olan Güney Azərbaycan xalqına basqılar, o cümlədən ana dili sahəsində güneyli aktivistlərin həbs olunmaları qeyd olunub

Həmçinin qeyri-fars dillərində danışanlara mədudiyyətlərin və qadağaların qoyulması, ölkədə ancaq bir dilin tətbiq olunması ilə digər dillərə ziddiyətli münasibətlərin yol verilməz olduğu bildirilib. 

Habelə dil fərqinin insanların inteqrasiyasına qarşı olmadığı vurğulanıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar