SON XƏBƏRLƏR

Urmu həbsxanasının məhbusları yardım istədi - İntihara sürüklənirik

2024.02.23, 13:06
Urmu həbsxanasının məhbusları yardım istədi - İntihara sürüklənirik

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında saxlanılan 800 məhbus açıq məktub yazaraq həbsxana rəhbərliyinin təzyiqlərinin dözülməz həddə çatdığını deyiblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlar həbsxana rəhbəri Peyman Zanzadənin məhbuslara və ailələrinə qarşı amansızlığını izah edib, bu səbəbdən bir neçə məhbusun intihara əl atdığını bildiriblər.

Məkub müəllifləri insan haqları təşkilatlarından yardım istəyib, əlaqədar dövlət qurumlarından Peyman Xanzadənin həbsxana rəhbərliyindən götürülməsini tələb ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yayımladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan 96 məhkumun 22-i Urmu şəhərinin həbsxanasında həyatını itirib.

GünazTV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar