SON XƏBƏRLƏR

Ərdəbilli mədəni fəal aclıq aksiyası keçirir

2024.02.24, 11:49
Ərdəbilli mədəni fəal aclıq aksiyası keçirir

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan ərdəbilli mədəni fəal Mürtəza Pərvin bu gündən etibarən aclıq aksiyasına başlayacağını deyib.

Gunaz.tv

Fəal bu barədə fevralın 23-də ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib.

Bir neçə xəstəlikdən əziyyət çəkən Mürtəza Pərvin disk ağırılarının şiddətləndiyini də bildirib.

"Barəmdə irəli sürülən ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq və toplaşmaq ittihamının saxta olduğuna, tanımadığım şəxslərlə əlaqələndirildiyimə və qanunsuz həbsimə etiraz olaraq aclıq aksiyasına başlayıram",- Pərvin deyib.

O, müstəntiqlərə izahat verməkdən imtina etdiyini və yalnız hakim qarşısında çıxış edəcəyini bildirib.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin, fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

Ərdəbilli fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə təqib və həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar