SON XƏBƏRLƏR

Ekoloq: Urmiya gölünün canlanması ilə bağlı iddialar əsassızdır

2024.02.27, 10:39
Ekoloq: Urmiya gölünün canlanması ilə bağlı iddialar əsassızdır

Urmiya gölü ətrafında qar ehtiyatlarının mövcudluğu ilə bağlı yayılan peyk fotoları və göldə suyun artması ilə bağlı iddialara aldanmayın.

Gunaz.tv

Bunu Təbriz Universitetinin Planlaşdırma və Ətraf mühit Elmləri Fakültəsinin rəhbəri Behruz Sari deyib.

O, az miqdarda göldə yığılan suyun müvəqqəti olduğunu və yaxın vaxtlarda buxarlanaraq yenidən quruyacağını söyləyib.

"Su ehtiyatlarının kompleks planlaşdırılması və idarə edilməsinə güclü ehtiyac var. Qış mövsümündə gölün su hövzəsindəki kiçik qar örtüyü və axan su sizi çox sevindirməsin",- Sarı bildirib.

Xatırladaq ki, son vaxtlar mövsimi yağıntıların və qarların əriməsi nəticəsində göldə nisbi canlanma hiss olunur.

Hakimiyyət isə bunu Urmu gölünün bərpası layihəsinin nəticəsi kimi qələmə verməyə çalışır.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətin 10 faizi qədər deyil.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar