SON XƏBƏRLƏR

Tehranda qadın jurnalist həbs edildi

2024.02.28, 10:39
Tehranda qadın jurnalist həbs edildi

Tehran məhkəməsi "Etimad" qəzetinin jurnalisti və ictimai fəal Səba Azərpeyki 2 il azadlıqdan məhrum edib.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məhkəmə jurnalistin həbs müddətinin bitməsindən sonra iki il müddətinə onun ictimai fəaliyyət etməsinə qadağa qoyub.

Səba Azərpeyk İran parlamentinin, bir neçə parlament üzvünün, keçmiş sənaye, mədən və ticarət nazirinin şikayəti əsasında həbs edilib.

O, yalan məlumatlar yaymaq və böhtan atmaqda günahlandırılıb.

Səba Azərpeyk bundan əvvəl etiraz aksiyalarını işıqlandırdığı və tənqidi yazılarına görə bir neçə dəfə saxlanılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar