SON XƏBƏRLƏR

Milli fəal Prokurorluğa çağırıldı

2024.02.28, 14:26
Milli fəal Prokurorluğa çağırıldı

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan milli fəal Behzad Xudabəndəlu Prokurorluğa çağırılıb.

Gunaz.tv

Bu barədə fəalın yaxınları məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Behzad Xudabəndəluya Prokurorluğun elektron sistemi vasitəsilə çağırış göndərilib.

Çağırışda milli fəalın "hökumətə qarşı təbliğat" və "hakimiyyətə qarşı qrupların lehinə və ictimai rəydə təşviş yaratmaq məqsədilə təbliğat"da ittiham olunduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl fevral ayının 18-də təhlükəsizlik məmurları Behzad Xudabəndəlunun yaşadığı ata evinə basqın edib.

O, evdə olmadığı üçün həbs edilməyib, mənzildə axtarış aparılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar