SON XƏBƏRLƏR

ETTELAAT xanım jurnalisti həbs etdirdi

2024.02.29, 14:23
ETTELAAT xanım jurnalisti həbs etdirdi

Kirman əyalətinin Sircan şəhərinin məhkəməsi Tehranda yaşayan jurnalist və ictimai fəal Kimiya Fəthizadə  barədə azadlıqdan məhrum etmə qərarı çıxarıb.

Gunaz.tv

O, 6 ay həbs cəzasına məhkum edilib, həbsdən sonra isə 2 il müddətinə peşə fəaliyyətinə qadağa qoyulub.

Fəthizadə, "ictimai rəydə təşviş yaratmaq məqsədilə kiberməkanda yalan məlumat yaymaq", "hökumət və məsulların imicini zədələmək" və "Kiberməkanda insanların psixi təhlükəsizliyini pozmaq"da günahlandırılıb.

Xanım jurnalist Kirman əyalətinin təhlükəsizlıik idarəsinin rəisi Möhsün Nikvərzin şikayətinə görə cəzalandırılıb.

Bu, Kimiya Fəthizadənin Sircan şəhərinin İran parlamentindəki nümayəndəsi Şahbaz Həsənpurun korrupsiya faktları barədə sənədliər ifşa etməsindən sonra baş verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar