SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda səsverməyə ətraf bölgələrdən seçicilər cəlb olunub

2024.03.01, 14:56
Qərbi Azərbaycanda səsverməyə ətraf bölgələrdən seçicilər cəlb olunub

Bu gün səhər saatlarından başlayaraq Qərbi Azərbaycan əyalətinin bir neçə şəhərində keçirilən parlament və Ekspertlər Məclisi seçkilərində seçici fəallığı qeydə alınıb.

Gunaz.tv

Buna səbəb xüsusən Urmu və Sulduz (Nəqədə) şəhərlərində ətrafdan qruplar halında gətirilən seçicilərin çoxluğudur.

Yerli sosial media fəallarının məlumatlarına görə, əyalətin Bukan, Soyuqbulaq, Üşnü və başqa bir neçə şəhərindən Urmu və Sulduza avtobuslarla kürd seçicilər gətirilib.

Bu, adı çəkilən şəhərlərdən türk namizədlərin parlamentə düşməsinə mane olmaq və gəlmə kürdlərin irəli sürdüklərin namizədlərin qələbəsini üçün edilir.

Bir sıra radikal kürd miliəttçiləri, siyasi partiyaları, media qurumları bir neçə həftə əvvəldən bunun üçün təbliğat aparırdılar.

Güney Azərbaycan təşkilatları, siyasi cərəyanları və milli fəallarının seçkiləri boykota çağırmalarına baxmayaraq, "Urmu Birlik Səsi" koalisiyası və bir neçə milli fəal cavab bəyanatları verməyə məcbur olublar.

Bütün bölgələrdə azərbaycanlıları seçkiləri boykota çağırsalar da, Qərbi Azərbaycanda 3 türk namizədə səs verməyə dəvət ediblər.

Onlar bunun Qərbi Azərbaycan torpaqlarına iddia edən radikal kürd miliyyətçiləri və siyasi təşkilatlarının əyaləti kürd ərazisi kimi qələmə vermək cəhdlərinə cavab olduğunu bildiriblər.

Çağırışçılar azərbaycanlılardan Urmudan olan azərbaycanlı namizədlər Ruhullah Həzrətpur, Seyid Salman Zakir və Hüseyn Hacı Nəbiyə səs vermələrini istəyiblər.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar