SON XƏBƏRLƏR

Suriyaya həmlədə SEPAH və Hizbullah üzvləri ölüb

2024.03.02, 11:13
Suriyaya həmlədə SEPAH və Hizbullah üzvləri ölüb

İsrailin Suriyanın Baniyas dəniz limanına həmləsində 1 SEPAH komandiri və Hizbullahın 2 üzvü ölüb.

Gunaz.tv

Bu barədə İran İslam Respublikasının Qoruyucuları Qvardiyasının (SEPAH) Ümumi Əlaqələr Şöbəsi bildirib. 

Məlumata əsasən havadan həmlə nəticəsində ölən SEPAH-ın Dəniz Qüvvələrinin zabiti Rza Zarei Suriyada İranın hərbi qüvvələrinin müstəşarı olub. 

Xatırladaq ki, həmin qüvvələr Bəşər Əsəd rejimini qorumaq məqsədi ilə ölkədə daxili müharibə zamanı Suriyaya göndərilmişdir.

Həmçinin Britaniyada yerləşən Suriyanın İnsan Haqları Monitorinq Mərkəzi həmlənin səhər martın 1-də Baniyas şəhəri Əl-Bətirə bölgəsində bir villaya olunduğunu bildirib.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar