SON XƏBƏRLƏR

İran edamlarla bağlı yeni hesabat açıqlandı

2024.03.05, 13:56
İran edamlarla bağlı yeni hesabat açıqlandı

Bu gün Parisdə insan haqları ilə bağlı keçirilən mərasimdə təqdim olunan 146 səhifəlik hesabatda İranda edam hökmləri barədə son statistika açıqlanıb.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə İran hökuməti 22 qadın məhkumu edam edib və buna görə bu ölkə dünyada birinci yeri tutub.

Hesabatda 2010-2023-cü illər arası İran həbsxanalarında ümumilikdə 210 qadının dar ağacından asıldığı qed edilib.

İnsan haqları müdafiəçiləri 2023-cüildə İran həbsxanalarında 834 məhbusun edam edildiyini, bunun 709, yəni 85 faizinin hökumət tərəfindən rəsmi olaraq elan edilmədiyini bildiriblər.

Qeyd edək ki, bir gün əvvəl BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda edam sayının 2022-ci illə müqayisədə 43 faiz artdığını deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar