SON XƏBƏRLƏR

İranda bəhai qəbirləri dağıdılıb

2024.03.06, 16:00
İranda bəhai qəbirləri dağıdılıb

İranda islam dininin bəhai təriqətinə mənsub vətəndaşlara təzyiqlərin davamında Tehranın Xavəran qəbristanlığında bəhailərə aid 30 məzar dağıdılıb.

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması bəyanat yayıb.

Bildirilib ki, məsulların göstərişi ilə qəbirlər buldozer və başqa texnikalar vasitəsilə yerlə yeksan edilib.

Bu qəbirlər İran hökumətinin son iki ildə ölən bəhailəri zorla dəfn etdirdikləri və ailələrinin dəfn mərasimində iştirak etməsinə icazə vermədiyi kütləvi məzarlığın bir hissəsi idi.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da İran konstitusiyası bəhai dinini rəsmən tanımır. 

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar