SON XƏBƏRLƏR

İsveç məhkəməsi İran məmurunun kassasiya vəsatətini qəbul etməyib

2024.03.07, 10:35
İsveç məhkəməsi İran məmurunun kassasiya vəsatətini qəbul etməyib

İsveçin Ali Məhkəməsi Kərəc şəhəri Gövhərdəşt rayonu Həbsxanasının keçmiş prokuror köməkçisi Həmid Nurinin kassasiya vəsatətinə baxmayacağını bildirib.

Gunaz.tv

Xatırladaq ki, Həmid Nuri 1988-ci ilin Yayında Kərəc şəhəri Gövhərdəşt Həbsxanasında saxlanılan siyasi məhbusların kütləvi edam edilməsində iştirak üzrə ittiham olunur. Stokholm məhkəməsi onu ömürlük həbsə məhkum edib.

“Ali Məhkəmə iş barədə vəsatətə baxmamaq qərarına gəlib. Bu qərar Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qərarın öz qüvvəsində qalacağı anlamındadır” - Ali Məhkəməs vurğulayıb. 

Qeyd edək ki, Həmid Nuri İrandan birbaşa uçuşla Stokholm şəhəri Arlanda Hava Limanına keçən kimi insan haqları aktivistləri və İran hakimiyyəti müxaliflərinin əvvəlcədən şikayətlərinə əsasən 11.09.2019-cu il tarixində saxlanılıb. 

Aylarla məhkəmə prosesi keçiriləndən sonra məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar