SON XƏBƏRLƏR

Araz çayının çirkləndiyi barədə iclas keçirilib

2024.03.07, 13:15
Araz çayının çirkləndiyi barədə iclas keçirilib

İran və Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq barədə ilk dəfə iclas keçiriblər.

Gunaz.tv

İki ölkənin rəsmiləri və mütəxəssislərdən ibarət heyətləri çayın çirklənməsinin qarşısını almaq məqsədi ilə Şərqi Azərbaycanın Culfa şəhərində görüşüblər. 

İran rəsmiləri bundan əvvəl Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsini danırdılar. 

O cümlədən, İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Salami çayın çirklənmədiyini iddia edirdi. 

Lakin ictimai düşüncənin və etirazların təsiri nəticəsində İran bu məsələni inkar etməkdən nəhayət ki, çəkinib.

Ermənistanın Metsamor atom elektrik stansiyasının çirkabları Araz çayına axıdıldığına görə Güney Azərbaycanın Ərdəbil Əyalətində xərçəng xəstəliklərinə düçar olanların sayı kəskin artıb. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar