SON XƏBƏRLƏR

Məhbus milli fəalın müalicəsinə icazə verilmir

2024.03.07, 14:49
Məhbus milli fəalın müalicəsinə icazə verilmir

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin həbsxanasında saxlanılan milli fəal Muxtar İbrahiminin müalicəsinə icazə verilmir.

Gunaz.tv

Bildirilib ki, fəal böyrək xəstəliyindən əziyyət çəkir və həkimlər onun əməliyyat olunması barədə arayış verib.

Buna baxmayaraq, həbsxana rəhbərliyi Muxtar İbrahiminin xəstəxanaya köçürülməsinə icazə vermir, onun ağrı kəsici dərmanlarla kifayətlənməli olduğunu bildirir.

Bununla yanaşı, M.İbrahiminin ailəsinin ona göndərdiyi dərmanların çatdırılmaması səbəbindən fəalın vəziyyətinin ağırlaşdığı qeyd edilib.

Muxtar İbrahimi "hökumətə qarşı təbliğat"da günahlandırıldığı üçün məhkum edildiyi 1 illik həbs cəzasını çəkmək üçün yanvarın 22-də həbsxanaya salınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar