SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda nadir tarixi tapıntı misin kəşfi tarixini dəyişdi

2024.03.08, 09:39
Şərqi Azərbaycanda nadir tarixi tapıntı misin kəşfi tarixini dəyişdi

Şərqi Azərbaycan əyalətinin Leylan bölgəsində nadir tarixi əsərlər aşkar edilib və misin kəşfi ilə bu günə kimi olan nəzəriyyələrin dəyişməsinə səbəb oldu.

Gunaz.tv

Bu barədə İranın mədəni irs və turizm naziri İzzətullah Zərğami açıqlama verib.

Bildirilib ki, bir qadın və bir kişinin skeletlərinin yanında tapılan 5 mis külçəsinin tarixi eradan 6500 il əvvələ aiddir.

"Bu, beynəlxalq səviyyədə misin kəşfi tarixi ilə bağlı nəzəriyyələri dəyişdirir və onun tarixini daha 1500 il əvvələ aparıb çıxarır. Bu dünya arxeologiyasında nadir və əhəmiyyətli hadisədir",- nazir vurğulayıb.

Qeyd edək ki, Təbrizin 163 km cənub-qərbində yerləşən tarixi Leylan şəhəri bundan əvvəldə nadir tapıntıları ilə gündəmə gəlib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar