SON XƏBƏRLƏR

“İran Orta Şərqi böhranlar mərkəzinə çevirib”- amerikalı general

2024.03.08, 12:19
“İran Orta Şərqi böhranlar mərkəzinə çevirib”- amerikalı general

ABŞ Mərkəzi Komandanlıq Qərargahının komandanı general Maykl Kurilla Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında Orta Şərqin İran tərəfindən böhranlar bölgəsinə çevrildiyini deyib.

Gunaz.tv

“Tehran bilməlidir ki, bu tərz hərəkətlər ona pis nəticələr törədəcək. İran hakimiyyəti Qəzzada Həması və Yəməndə husiləri dəstəkləməklə Orta Şərqi böhranlar mərkəzinə çevirib. 

Həmçinin Suriya, Livan və İraqda öz proksi qüvvələrinin hamısını aktivləşdirməklə bölgəni ötən 50 ildə misli görünməyən sabitsizliyə uğradıb” - deyə komandan vurğulayıb.

General Kurilla həmçinin Tehranın nüvə gücünə çevrilməsi təhlükəsinə toxunaraq deyib: “İran bir nüvə gücünə çevrilsə Orta Şərq tamamilə dəyişəcək”.

O, habelə ABŞ iqtisadiyyatının Qırmızı Dəniz vasitəsi ilə ticarət gəmilərinin təhlükəsiz tranzitindən asılı olduğunu qeyd edib.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar