SON XƏBƏRLƏR

İran həbsxanalarında 6 məhkum edam edildi

2024.03.08, 15:00
İran həbsxanalarında 6 məhkum edam edildi

Bir neçə günlük fasilədən sonra İran həbsxanalarında yenidən edam hökmlərinin icrasına başlanılıb.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, Kaşan, Soyuqbulaq, Zəncan, Xaş, Günbəd Kavus şəhərlərinin həbsxanalarında 6 məhkum edam edilib.

Onların narkotik maddələrin qanunsuz dövriyyəsi və qətldə günahlandırıldıqları bildirilib.

Qeyd edək ki, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman son hesabatında 2023-cü ildə İran həbsxanalarında 834 məhkumun edam edildiyini açıqlanıb.

O, 2022-ci illə müqayisədə İranda edam hökmlərinin icrasının 43 faiz artdığını bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar