SON XƏBƏRLƏR

Təvəkküli: Sistem və hökumət korrupsiya şəbəkəsi tərəfindən ələ keçirilib

2024.03.09, 13:43
Təvəkküli: Sistem və hökumət korrupsiya şəbəkəsi tərəfindən ələ keçirilib

Korrupsionerlər həssas qurumlardakı şəbəkələrdən istifadə edib qanunverici qurumlara təsir etməklə korrupsiya proseslərini qanuniləşdirirlər.

Gunaz.tv

Bunu İranda Sistemin Məsləhətlərini Müəyyənləşdirən Qurumun üzvü Əhməd Təvəkküli deyib.

"Bəziləri sistemi korlamaq üçün qanundan istifadə edir və belə olduqda korrupsiya ilə mübarizə aparmaq çətinləşir, ona görə ki, bu adamlar sizi qanuna zidd olmaqda ittiham edirlər",- Təvəkküli bildirib.

O, bir sıra dövlət adamlarının korrupsioner şəbəkə tərəfindən ələ alındığını və həmin şəxslərin problemin həllinə imkan vermədiklərini söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran məhkəmə sisteminin ələ keçirilən gizli sənədlərində SEPAH-ın Xatəm qərargahının on milyonlarla dollar mənimsəmə faktı ifşa edilib.

Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabatda isə İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar