SON XƏBƏRLƏR

Xoyda məhbuslar döyüldü

2024.03.11, 14:23
Xoyda məhbuslar döyüldü

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin həbsxanasında məhbuslar döyülüb.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, həbsxana nəzarətçiləri həbsxanada məhkumlara tibbi xidmət göstərilmədiyinə, xəstə məhbusların müalicəsinə icazə verilmədiyinə etiraz edən məhkumları döyməklə yanaşı, onlardan bir neçəsini təkadamlıq kameraya salıblar.

Qeyd edək ki, 2 min məhkumun saxlanıldığı Xoy şəhərinin həbsxanası çətin şəraitinə görə ölkədə ən qorxulu həbsxanalardan biri sayılır.

Bundan əvvəl insan haqları təşkilatlarının yaydığı hesabatlarda, burada məhbusların pulsuz işlədildiyi, onların davamlı olaraq qida çatışmazlığından əziyyət çəkdikləri bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar