SON XƏBƏRLƏR

“İran gəmilərinin Panama bayrağından istifadə etmələrinə yol verməyin”- ABŞ Panamadan tələb edib

2024.03.14, 11:12
“İran gəmilərinin Panama bayrağından istifadə etmələrinə yol verməyin”- ABŞ Panamadan tələb edib

Amerika martın 13-də Panama dövlətindən İran gəmilərinin ölkənin bayrağından istifadə etməyə icazə verməməyə çağırıb.

Gunaz.tv

Amerikanın İran işləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili Panamaya səfərində bu barədə deyib “Panama bayrağının İran gəmilərində dalğalanması Tehrana sanksiyaları aşmaq üçün imkan yaradır”. 

Məlumata əsasən kiçik bir Mərkəzi Amerika ölkəsi olan Panama müəyyən qədər haqq almaqla və nəzarət etmədən gəmçiliklə məşqul olan cəmiyyətlərə, o cümlədən İran gəmilərinə Panama bayrağından istifadə etməyə icazə verir. 

“İran və İranla bağlı olan ölkələr Panmada sanksiyaları aşmağa cəhd edirlər. Onlar ölkənin bayrağından öz məqsədlərinə isyifadə edirlər. Yanvar ayından indiyədək azı 6 gəmi Panama bayrağından istifadə edib”- deyə Pili əlavə edib.

Qeyd edək ki, Panamanın Dəniz İşləri Təşkilatı dünya üzrə gəmilərin reyestri sahəsində ən böyük qurum hesab olunur. 

Həmçinin Panama İranla əməkdaşlıda ittitam olunandan sonra bu ölkə ötən 4 ildə İran Milli Neft Cəmiyyəti ilə əlaqəli olan 136 gəminin reyestrdə qeydiyyatlarını ləğv edib.

ABŞ İranı ittiham edir ki, Panama bayrağından istifadə edərək sanksiyaları aşıb neft satmaqla dünya üzrə terrorizmə, o cümldənə husilərə maliyyə dəstəyi edir.  

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar