SON XƏBƏRLƏR

İran polisi gənc qadını güllələdi

2024.03.14, 12:49
İran polisi gənc qadını güllələdi

İranın Loristan əyalətinin Əliqudərz rayonunda polis məmurları 21 yaşlı qadını güllələyib.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Polislərin minik avtomobilinə açdığı atəş nəticəsində Nigar Kərimian ölüb, atası ağır yaralanıb.

Bildirilib ki, polislər avtomobildə narkotik maddə olduğundan şübhələndikləri üçün atəş açıblar.

Axtarış zamanı öldürülən qadının avtomobilindən hər hansı qanunsuz maddə aşkar edilməyib.

Qeyd edək ki, ötən il İranın müxtəlif bölgələrində hökumət məmurları 402 mülki şəxsə atəş açıblar, onlardan 102-i həyatını itirib.

Buna, etiraz aksiyaları və silahlı qarşıdurmalarda ölənlər daxil deyil.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar