SON XƏBƏRLƏR

Təbrizli tələbə hərəkatı fəalı həbs edilib

2024.03.14, 16:06
Təbrizli tələbə hərəkatı fəalı həbs edilib

Martın 12-də Təbriz Universitetinin tələbəsi, inşaat mühəndisi Əli Zöhdi həbs edilib.

Gunaz.tv

Onun yaxınlarının verdiyi məlumata görə, təhlükəsizlik məmurları tələbəni mənzilinin qarşısında həbs edərək naməlum yerə aparıblar.

Tələbənin həbs səbəbi və harada saxlanıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Əli Zöhdi təxəllüsü üzrə çox saylı elmi məqalələrin müəllifidir.

O, bununla yanaşı inşaat sahəsi ilə bağlı keçirilən konfranslarda məruzəçi kimi çıxış edib.

Zöhdinin sosial mediada tənqidi paylaşımlarına görə saxlanıldığı ehtimal edilir.

 GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar