SON XƏBƏRLƏR

Dezfulda orucluq ayının qaydalarının pozulduğuna görə iş yerləri bağlandı

2024.03.18, 12:40
Dezfulda orucluq ayının qaydalarının pozulduğuna görə iş yerləri bağlandı

Orucluq ayının başlaması ilə eyni vaxtda İranın müxtəlif bölgələrində iş yerlərinin bağlanması prosesi sürətlənib.

Gunaz.tv

Bu qəbildən oolan qadağaların davamında Xuzistan əyalətinin Dezful şəhərində daha 15 kafe və restoran bağlanıb.

Bu barədə açıqlama verən Dezfulun polis rəisi Ruhullah Yarizadə, iş yerlərinin orucluq ayı ilə bağlı qoyulan məhdudiyyətlərin pozlduğuna görə bağlandıqlarını bildirilib.

Bundan əvvəl İran daxili işlər naziri Əhməd Vəhidi orucluq ayı qaydaları ilə bağlı iş yerləri və vətəndaşlara xəbərdarlıq etmişdi.

Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə minlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar