SON XƏBƏRLƏR

İranda casusluqda günahlandırılan İsveç vətəndaşının həbs cəzası təsdiqləndi

2024.03.19, 11:03
İranda casusluqda günahlandırılan İsveç vətəndaşının həbs cəzası təsdiqləndi

Martın 18-də Tehran şəhərinin Apelyasiya Məhkəməsinin 26-cı bölməsi İran-İsveç ikili vətəndaşı olan və casusluqda günahlandırılan Səiz Əzizi barədə 5 illik həbs qərarını təsdiq edib.

Gunaz.tv

Bu barədə Əzizinin vəkili Rza Şəfaxah özünün "X" hesabında paylaşım edib.

"O, prostat vəzi xərçəngindən əziyyət çəkir və bir müddət əvvəl həbsxanada pilləkənlərdən yıxılıb və fiziki vəziyyəti dahada ağırlaşıb",- vəkil bildirib.

O, müvəkkili barədə çıxarılan qərarın ədalətsiz olduğunu və bununlada İranda məhkəmə sistemionə bütün inam və ümidini itirdiyini qeyd edib.

Təhlükəsizlik məmurları Səid Əzizini 12 noyabr 2023-cü ildə İsveçdən Tehrana səfər etdikdən sonra həbs edib.

Qeyd edək ki, Səid Əzizidən başqa hazırda İranda İsveç vətəndaşları, əslən azərbaycanlı olan Əhmədrza Cəlalian və Yuhan Floderus həbsdədir.

Onların hər ikisi casusluqda günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar