SON XƏBƏRLƏR

İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı

2024.03.23, 15:00
İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı

Almaniya 2022-ci ilin dekabr ayında Bohumda yəhudi sinaqoquna hücum cəhdi ilə əlaqədar İranın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çaırılıb.

Gunaz.tv

Bildirilib ki, bu, sinaqoqa hücum edən şəxsin iranlı olması ilə əlaqədardır.

Xarici İşlər Nazirliyi bu məsələni Almaniyanın avropalı tərəfdaşları ilə müzakirə edəcəyini və növbəti addımları nəzərdən keçirəcəyini bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında Düsseldorf Regional Ali Məhkəməsi sinaqoqa terrora cəhd edən Almaniya vətədaşı olan iranlıya 2 il 9 ay həbs cəzası verib. 

Məhkəmə araşdırmalarından sonra terror hücumunun İran hökumətinə bağlı qurumların köməyi ilə planlaşdırıldığı müəyyən edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar