SON XƏBƏRLƏR

Təbrizli millət vəkili: İnsanlar sadəcə ölməmək üçün mübarizə aparırlar

2024.03.25, 12:49
Təbrizli millət vəkili: İnsanlar sadəcə ölməmək üçün mübarizə aparırlar

Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian növbəti dəfə hökumətin iqtisadi siyasətini tənqid edib.

Gunaz.tv

O, bu barədə yerli mediaya verdiyi müsahibədə deyib.

Millətvəkili hakimiyyətin inflyasiyanın qarşısının alınması ilə bağlı verdiyi vədlərin özünü doğrultmadığını söyləyib.

"İnflyasiya əvvəlcə yarıya enməli, sonra isə təkrəqəmli olmalı idi, ancaq bu, nəinki yarıya enmədi, hətta bir neçə yüz dəfə artdı",- Pezeşkian bildirib.

O, vətəndaşların acınacaqlı durumda olduqlarını və gündəlik məişət problemləri ilə mübarizə etdiklərini deyib.

"İnsanlar sadəcə ölməmək üçün nəsə əldə edib yaşamaa məcbur olublar, biz isə haqq-ədalətlə bağlı verdiyimiz şüarlara əməl etmədik",- Təbrizin nümayəndəsi qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar