SON XƏBƏRLƏR

Avorpa Parlamentinin üzvləri həbsdə olan güneyli alimə dəstək verib

2024.03.25, 14:24
Avorpa Parlamentinin üzvləri həbsdə olan güneyli alimə dəstək verib

Avropa Parlamentinin bir neçə üzvü Tehrann Evin həbsxanasında saxlanılan azərbaycanlı alim Əhmədrza Cəlaliyə dəstək verib.

Gunaz.tv

Bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK məlumat yayıb.

AP-nin dörd nümayəndəsi aksiya keçirərək və sosial mediada paylaşım edərək İsveç vətəndaşı olan alimin həbsdən buraxılmasını tələb ediblər.

Bir neçə gün əvvəl isə BMT-nin İnsan Hüquqları Şurasının 55-ci iclasında hüquq müdafiəçiləri edama məhkum edilmiş azərbaycanlı alim Əhmədrza Cəlalinin durumundan narahatlıqlarını ifadə edilblər.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar