SON XƏBƏRLƏR

İsmayıl Haniyə İrana gəlir

2024.03.26, 14:14
İsmayıl Haniyə İrana gəlir

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gün Tehrana səfər edəcək. 

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Onun Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşü və birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

İsmayıl Haniyənin Tehrana səfəri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəslə bağlı qətnaməsindən sonra baş tutur.

Qeyri-rəsmi mənbələr İ.Haniyənin səfər çərçivəsində İran rəhbəri Əli Xamənei ilə görüşünün nəzərdə tutulduğunu yazıblar.

İranın rəsmi mediası terror təşkilatının başçısı ilə Xaməneinin görüşübarədə hər hansı məlumat yaymayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar