SON XƏBƏRLƏR

Gilanda qadın hüquqları müdafiəçiləri barədə 60 il həbs qərarı çıxarıldı

2024.03.28, 11:29
Gilanda qadın hüquqları müdafiəçiləri barədə 60 il həbs qərarı çıxarıldı

Gilan əyalətinin İnqilab Məhkəməsinin 3-cü bölməsi 11 qadın fəal barədə ümumilikdə 60 il həbs qərarı çıxarıb.

Gunaz.tv

Bunu onların vəkili Mustafa Nili deyib.

Fəallar "hökumətə qarşı təbliğat", "qanunsuz qrup yaratmaq və üzv olmaq", "ölkənin təhlükəsizliyini pozmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıblar.

Həbsə məhkum edilən fəallar 2023-cü ilin avqust ayının 16 və 17-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar.

İnsan Haqları Müşahidə Təşkilatı və Fransanın 228 siyasi şəxsi və insan hüquqları müdafiəçisi gilanlı qadın fəalların həbsini pisləyən bəyanat yayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar