SON XƏBƏRLƏR

Təbriz bazarında kafe restoranların fəaliyyət icazəsi ləğv edilib

2024.03.28, 14:30
Təbriz bazarında kafe restoranların fəaliyyət icazəsi ləğv edilib

Təbrizin tarixi üstüörtülü bazarında fəaliyyət göstərən restoran və kafelər bağlanıb.

Gunaz.tv

Bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, yaz bayramı günlərində iş yerlərinin bağlanması şəhərə qonaq gələn turistlərin və yerli əhalinin narazılığına səbəb olub.

Restoranların ramazan ayı qaydalarını pozduqları bəhanəsi ilə fəaliyyətlərinin qadağan edildiyi bildirilib.

"Kaşan, İsfahan və Şiraz kimi şəhərlərdə kafe və restoranların eyni qaydada fəaliyyət göstərdiyi halda, Təbrizdəki kafe və restoranların fəaliyyət icazələrinin ləğv edilməsi düşündürücür",- deyə məlumatda qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar