SON XƏBƏRLƏR

Zərşuran kəndinin əhalisi aksiya keçirib

2024.03.29, 10:56
Zərşuran kəndinin əhalisi aksiya keçirib

Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndinin əhalisi etiraz aksiya keçiriblər.

Gunaz.tv

Yerli mənbələrin verdiyi məlumata görə, aksiyaçılar kənd ərazisində yerləşən məşhur "Zərşuran" qızıl mədənində yerli əhalinin işə götürülməməsinə etiraz ediblər.

Məlumatda bildirilib ki, 12 saat davam edən aksiyanın dağıdılması üçün kəndə polis qüvvələri göndərilib.

Yerli məmurların aksiya yerinə gəlməsi və kəndlilərlə aparılan danışıqlardan sonra oturaq aksiyaya son verilib.

Qeyd edək ki, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran və Ağdərə qızıl mədənləri Yaxın Şərqin ən böyük mədənləri sayılır. 

Mədənlərin səhmdarları və sahibləri farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Bu günə kimi qaydalara zidd istismar və zəhərli tullantıların təbiətə buraxılması səbəbindən bölgənin bir neçə kəndinin əkin və otlaq sahələri məhv edilib, minlərlə mal-qara tələf olub. 

Başqa bölgələrdən mədənə işçilərin gətirildiyi halda, işsizlikdən əziyyət çəkən yerli əhalinin mədəndə işə götürülməsinə məhdudiyyət qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar